Füzulidə 15 yaşlı uşağı güllələdilər - ŞOK TƏFƏRRÜAT


Füzulidə 15 yaşlı uşağı güllələdilər - ŞOK TƏFƏRRÜAT

Hadisə Zobucuq və Kürdmahmudlu kəndləri arasındakı yerləşən ərazidə olub.

Adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, öldürülən Böyük Bəhmənli kənd sakini 15 yaşlı Tumas Musayev Zobucuq kənd sakini 19 yaşlı Əli Məmmədov ilə sahə üstündə mübahisə edib: "Çobanlar daha əvvəl də belə bir mübahisə yaşayıb. Əli Mahmudov Tumas Musayevə onun örüş sahəsinə daxil olmaması üçün xəbərdarlıq edib. Lakin o, bu xəbərdarlığa məhəl qoymayıb. Çobanda növbəti mübahisə zəminində onu tüfənglə vurub. Uşaq hadisə yerində dünyasını dəyişib".

***

Füzuli rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Məmmədov Əli Tahir oğlu həbs edilib.

Əli Məmmədov həmin fermada çoban işləyib.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

***

Füzuli rayonunda qətl hadisəsi baş verib.

Rayonun Böyük Bəhmənli kəndində fermada çoban işləyən 19 yaşlı Əli Məmmədov 15 yaşlı Tumas Musayevə tüfəngdən atəş açaraq onu öldürüb.

Hadisənin səbəbi araşdırılır. (report)

Tarix: 27-08-2018, 14:14
Xəbəri paylaş





Xəbər lenti