Kəlbəcərdəki qızıl mədənində partlayış baş verdi - Güclü yanğın başladı






Ermənilərin qanunsuz istismar etdiyi Heyvalı mədənində partlayış baş verib Ermənilər tərəfindən qanunsuz istismar edilən Kəlbəcər rayonunun Heyvalı kəndindəki (Drombon) dağ mədənində partlayış nəticəsində yanğın baş verib. 

Müdafiə Nazirliyi mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, hadisə yerinə xeyli sayda yanğınsöndürən, hərbi qulluqçular və xilasedicilər cəlb edilib. 
Məlumatda bildirilir ki, yanğının güclü olması səbəbindən uzun müddət mədənlərə yaxınlaşmaq mümkün olmayıb. Yaralıların bəzilərinin Xankəndi xəstəxanasına təxliyə edildiyi bildirilir. Hələlik ölənlər barədə rəsmi məlumat verilməyib. 

O da məlum olub ki, yanğın tam söndürüldükdən və partlayışın fəsadları aradan qaldırıldıqdan sonra əraziyə qondarma “DQR” rəhbərliyinin gəlişi gözlənilir. Qeyd edək ki, ermənilər işğal etdikləri Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşfiyyat və istismarı məqsədi ilə 2003-cü ildən “Base Metals” adlı şirkət yaradıblar.
Tarix: 27-08-2018, 21:08
Xəbəri paylaş





Xəbər lenti