İki türk ölkəsi arasında böyük saziş

 Qırğızıstan və Türkmənistan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədilə Strateji Tərəfdaşlıq bəyannaməsi imzalanıb.

Axar.az xəbər verir ki, Türkmənistana prezident qismində ilk səfərini reallaşdıran Qırğızıstan lideri Sooronbay Jeenbekov türkmən həmkarı Qurbanqulu Berdiməhəmmədovla ikitərəfli və heyətlərarası görüşlərdə iştirak edib.

Regional və beynəlxalq mövzular barədə müzakirələr aparıldıqdan sonra Qırğızıstan ilə Türkmənistan arasında Strateji Tərəfdaşlıq bəyannaməsi imzalanıb. Bundan başqa hökumətlər arasında ikitərəfli 10 saziş də imzalanıb.

Mərasimdən sonra açıqlama verən Qırğızıstan lideri Sooronbay Jeenbekov türkmən xalqına qonaqpərvərliyinə görə təşəkkür edib:

"Qırğızstan və Türkmənistan arasında Strateji Tərəfdaşlıq bəyannaməsini imzaladıq. Bu, ikitərəfli əlaqələr baxımından tarixi hadisə olmaqla yanaşı dostluq və əməkdaşlığımız üçün də yeni səhifədir".
 
Tarix: 24-08-2018, 08:59
Xəbəri paylaş





Xəbər lenti