Putin Paşinyanı niyə təbrik etmir? – ŞƏRH

Putin Paşinyanı niyə təbrik etmir? – ŞƏRH


“Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı qələbə münasibəti ilə ona görə təbrik etməyə tələsmir ki, Ermənistanın baş naziri Kreml sahibinin köhnə dostu Robert Koçaryanı həbs edib”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Putin dərhal Paşinyanı təbrik etsəydi, Paşinyanın Koçaryanı həbsinə göz yumması anlamına gələrdi:

“Putin isə yanlış anlaşılmasını istəmir və dostunu həbsdən çıxarmağa çalışacaq. Buna baxmayaraq, Kreml Paşinyanı olduğu kimi qəbul etmək məcburiyyətindədir. Nə vaxta qədər ki, Paşinyan xarici siyasəti korrektə etməyəcək və Rusiyadan uzaqlaşmaq hesabına Qərbə çox yaxın olmağa çalışmayacaq, Kreml onu devirmək istəməyəcək. Paşinyanın hazırda ölkə daxilində tərəfdarı çoxdur. Paşinyanı güc yolu ilə devirmək Ermənistanda vətəndaş müharibəsinə rəvac vermək deməkdir. Kreml isə bunu istəmir.

R.Koçaryanı tərəfdarları etiraz etməyə çalışsalar da, parlament seçkisində 70 faiz səs qazanan N.Paşinyanı indiki şərtlər daxilində devirə bilməyəcəklər. R.Koçaryanın reytinqi yüksək deyil ki, xalq Koçaryanı tərəfdarlarının arxasınca getsin. Bir neçə günə etiraz səngiyəcək. Gürcüstanda da belə oldu.

Qriqol Vaşadze tərəfdarları Tiflisin mərkəzinə çıxdılar, Salome Zurabişvilinin qələbəsini tanımadılar, eks-prezident Mixeil Saakaşvili Hollandiyadan Gürcüstandakı tərəfdarlarına səslənərək inqilaba çağırdı... Bu gün Tiflisdə sakitlikdir. İrəvanda da belə olacaq. N.Paşinyan bir neçə ay daxili təhlükədən özünü sığortalaya bilər. Onun problemləri ilin ortasına yaxın artacaq”.


Tarix: 12-12-2018, 13:52
Xəbəri paylaş





Xəbər lenti