Ankaranın Bakını itirməsi və İrəvanla razılaşması... - Politoloq

 Ermənistanın əvvəlki rəhbərliyi də buna bənzər təkliflər verdi, amma bu, Türkiyə tərəfindən qəbul edilmədi, çünki bugünkü Azərbaycan-Türkiyə münasibətləri bu və ya digər dərəcədə Türkiyə-Ermənistan münasibətləri ilə tamamilə bağlıdır.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın müvəqqəti baş nazir postunu icra edən Nikol Paşinyanın Türkiyə ilə bağlı açıqlamasını şərh edərkən politoloq İlqar Vəlizadə Sputnik-ə bildirib.
"Türkiyə-Ermənistan sərhədinin açılması üçün Türkiyənin şərtləri yerinə yetirilməlidir. Bu cür təkliflər realist görünmür, real vəziyyətlə uyğun gəlmir. Bundan başqa, Türkiyə-Ermənistan münasibətlərinin qeyri-müəyyən gələcəyi qarşılığında Azərbaycanı müttəfiq və ən yaxın tərəfdaşı kimi itirmək Türkiyə üçün qəbuledilməzdir və Ankaranın buna razı olması mümkün deyil", - politoloq qeyd edib.
Qeyd edək ki, 9 dekabr seçkilərinin dərhal ardından Paşinyan Türkiyə ilə heç bir şərt olmadan birbaşa əlaqələr qurmağa hazır olduqları ilə bağlı açıqlama verib.
Tarix: 13-12-2018, 08:31
Xəbəri paylaş





Xəbər lenti