“Təxribatdır” – Rusiyadan NATO və ABŞ-a Qafqaz xəbərdarlığı


NATO Baş katibi Yens Stoltenberq və ABŞ Dövlət katibi Mayk Pompeonun Gürcüstanın NATO-ya üzvlüyünə verdikləri dəstək təxribat xarakterlidir.

Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada belə deyilir.

Bildirilib ki, bu fikirlər Cenevrədə Cənubi Qafqazla bağlı keçirilmiş müzakirələrin xarakterinə uyğun gəlmir.

Rusiya XİN Pompeo və Stoltenberqin 2008-ci ildə Gürcüstan ərazilərinin (Abxaziya və Cənubi Osetiya) işğal edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin narahatlıq yaratdığını bildirib və həmin il baş vermiş hadisənin “hərbi cinayət” olmadığı iddia edilib.

Rusiya buna görə, NATO və ABŞ-ı məsuliyyətsiz bəyanatlar səsləndirməkdə ittiham edib.

Qeyd edək ki, Cenevrədə (İsveçrə) BMT, ATƏT və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələr keçirilib.

Müzakirədə Rusiya, Gürcüstan, Abxaziya və Cənubi Osetiya nümayəndələri də iştirak edib.


Tarix: 13-12-2018, 14:39
Xəbəri paylaş





Xəbər lenti