Siyasətin Şərqə axıtdığı güc və pul: İngilis kəşfiyyatının şefi nə barədə xəbərdarlıq edir?

 

  

Böyük Britaniyanın Mİ6 Məxfi Kəşfiyyat Xidmətinin (Military Intelligence 6) rəisi Aleks Yanger xəbərdarlıq edərək bildirib ki, Rusiya hazırda Birləşmiş Krallıq və Qərbə qarşı açıq təhdid yaradarkən, Çinin əldə etdiyi texnoloji nailiyyətlər gələcəkdə qlobal təhlükəsizliyi böyük risk qarşısında qoyacaq.

Yanger deyib ki, Çin 5G (5-ci nəsil) texnologiyasının sirlərini məxfi saxlayaraq, bunun sayəsində ökənin gələcək rifahı üçün böyük nailiyyətlər əldə edəcək:

“Mahiyyətdə güc, pul və siyasət indi şərqə doğru gedir. Bunun siyasi reallıq olduğunu qəbul etməliyik. Həqiqətdə isə elmin gələcəyinə dair əməliyyatların aparıldığı prosesləri davamlı müzakirə etməliyik”.

Yanger ictimaiyyət qarşısında etdiyi nadir nitqlərdən birində bəyan edib ki, o, Çin lideri Xi Jinpingin bu yaxınlarda ağıllı rabitə, süni intellekt, qeyri-təbii biologiya və genetika üzrə planları reallaşdıracaq “Çində istehsal edilib” adlı hegemonluğa dair bəyənat verməsinə xüsusi maraq göstərib:“Biz bu məsələlərə dair bəzi qərarlar verməliyik. Bu bəyanata nəzər yetirməli və onu müzakirə etməliyik. Hazırda bu məsələlərin mahiyyəti aydın deyil”.

Xatırladaq ki, Rusiya Qərb ölkələrinin daxili siyasətlərinə qarışmaqda, o cümlədən, ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərinə, Fransa və Almaniyada keçirilən seçkilərə, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına (Breksit) dair referenduma və Kataloniyanın müstəqilliyinə dair referenduma müdaxilə cəhdində ittiham olunur.

Pekin isə Qərb ölkələrində sənaye casusluğu aparmaqda ittiham olunmasına baxmayaraq, Çin bu fəaliyyətini həm də qonşu ölkələrdə həyata keçirir. Bunun qarşısını almağa çalışan Avstraliya və Yeni Zelandiya hökumətləri milli təhlükəsizliyin qorunması məqsədilə Çinin telekommunikasiya nəhəngi Huawei-in 5G xidmətini ləğv edib.

Yangerin sözlərinə görə, artan texnoloji təhdidlərin qarşısı indidən alınmasa, sabah nəticələr çox ağır olacaq:laraq, texnoloji mübarizədə ən ciddi nəticə insan amilidir. Bis qərar verdik ki, yüksək texnoloji bacarıqlara malik olan insanları öz sıralarımıza cəlb edək. Əgər mənim təmsil etdiyim təşkilat gələcəkdə güclü mübarizə aparmaqda davam edəcəksə, onda o texnoloji proseslərə də uyğunlaşmağa ehtiyac duyulacaq.

Bu proses də insanlardan yeni perspektivlər tələb edəcək. Həmin perspektiv texnoloji yüksəlişin elə bir mərhələsidir ki, orada insanların yaradıcılıq qabiliyyəti indiyədək bizim təsəvvür etmədiyimiz səviyyəyə çatacaq”.

Yanger həmçinin Britaniyanın Yaxın Şərqdəki iki yaxın müttəfiqi – Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş verən ziddiyyətli proseslər haqqında da danışıb.

MI6-nın rəhbəri bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsini “qorxunc” və “mütləq vəhşilik” adlandıraraq, həmin insidentin araşdırılması üçün “mükəmməl hazırlıqlı və şəffaf təhqiqat”ın aparılmasının vacibliyini vurğulayıb.

Kim Senqupta (Kim Sengupta) “The Independent”

Tarix: 14-12-2018, 16:13
Xəbəri paylaş





Xəbər lenti