Aleksey Arestoviç:"Rusiyanın hərbi gücü Ukraynadan artıq deyil"


Aleksey Arestoviç:"Rusiyanın hərbi gücü Ukraynadan artıq deyil"

"Rusiyanın Ukrayna üzərində heç bir hərbi üstünlüyü yoxdur".
Cebhe. info xəbər verir ki, bunu"Ukrayna 24" telekanalına verdiyi müsahibədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Rusiyanın bizim üzərimizdə həlledici hərbi üstünlüyü yoxdur və olmayacaq da. Rus generalları peşəkardırlar, düşünürəm ki, bunu Rusiya siyasi rəhbərliyinin diqqətinə çatdırırlar",-deyə Arestoviç qeyd edib.
Arestoviçin fikrincə, Kiyevlə Moskva arasında silahlı toqquşma ehtimalı yoxdur:"Çünki əks halda, Rusiya bir müddət sonra döyüş qabiliyyətini itirəcək".
Tarix: 26-09-2021, 12:41
Xəbəri paylaş





Xəbər lenti