27 sentyabrda ölkəmizi bayrağımıza bürüyək – ÇAĞIRIŞ




27 sentyabr Anım Günüdür. Sabah Vətən Müharibəsinin başlamasının 1 ili tamam olur.
Anım Günündə saat 12:00-da ölkə ərazisində Qarabağımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılacaq.
Bütün ölkə ərazisində, o cümlədən paytaxt Bakıda bir həftədən çoxdur ki, bununla bağlı hazırlıqlar görülür.


Bakı şəhərinin bir sıra küçələrində mənzillərin, obyektlərin eyvanlarından bayraqlar da asılıb.
44 günlük müharibə dövründə ölkə başdan başa bayrağa bürünmüşdü. Maşınlarda da üçrəngli bayrağımız, yanında da Türkiyəmuzin bayrağı dalğalanırdı.
O möhtəşəm 44 günü yenidən yaşayaq! Bütün vətəndaşlarımızın Anım Günündə eyni davranışı sərgiləməsi çox arzuolunandır. Artıq bir sıra saytlar vətəndaşlarımızı bu aksiyaya qoşulmağa çağırıb.
“Yeni Müsavat” Media Qrupu da 27 sentyabrda oxucumuz olan vətəndaşlarımızı kütləvi şəkildə eyvanlarından üçrəngli bayrağımızı asmağa səsləyir. Ölkəmiz Şəhidlərimizin uğrunda canını verdiyi Müqəddəs, Uca Bayrağımızla bəzənsin 27 sentyabr Anım Günündə.
Siam.az
Tarix: 26-09-2021, 18:05
Xəbəri paylaş





Xəbər lenti