Pekin Rusiyanın hücumunu “işğal” adlandırmadı

Çin lideri Si Cinpin Ukraynadakı vəziyyəti narahatedici adlandırıb və “maksimum təmkinli olmağa” çağırıb. O, həmçinin deyib ki, hazırda Ukraynada prioritet vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq olmalıdır.
 
Modern.az xəbər verir ki, Si Cinpin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığında hər üç ölkənin Rusiya və Ukrayna arasında sülh danışıqlarını birgə dəstəkləməli olduğunu vurğulayıb.
 
Xatırladaq ki, indiyədək Pekin Rusiyanın Ukraynaya hücumunu “işğal” adlandırmaqdan çəkinib.
Tarix: 8-03-2022, 18:22
Xəbəri paylaş





Xəbər lenti