Liz Trass Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb



Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyaya qarşı daha sərt beynəlxalq sanksiyaların tətbiqinə çağırış edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə baş diplomat Vaşinqtonda Atlantik Şurada çıxış edərəkən deyib
“Böyük Britaniya tarixində ən sərt sanksiyalar paketi tətbiq edərək, Rusiyaya zərbə vurdu. Biz 258 milyard funt-sterlinq aktivə zərər vurduq”, - deyə Trass bildirib.
Britaniyalı nazir bildirib ki, bu qadağalar kifayət etmir vı siyahı uzadılmalıdır.
“Biz sanksiyalar yolu ilə daha da irəli getməli və SWIFT-ə tam qadağa qoyulması, Rusiya banklarının bütün aktivlərinin dondurulması və daha çox ölkəni bu səylərə qoşulmağa çağırış etməliyik”, - deyə o bildirib.
Lizz Trass bildirib ki, Uraynanın müdafiəsi üçün bu ölkəyə silah tədarükü artırılmalıdır.
Tarix: 11-03-2022, 12:23
Xəbəri paylaş





Xəbər lenti