Əli Əsədovun işdən kənarlaşdırdığı Novruz Məmmədovun kadrı "zərgər gediş" hazırlayır...




Baş Nazir Əli Əsədovun oktyabrın 23-də imzaladığı  sərəncamla Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsindən azad edilən Adil Əhmədovla bağlı Moderator.az-a məlumat daxil olub. 


Bildirilir ki, ötən il karyerasında qısaqanmalar baş verən keçmiş "zərgər" yeni vəzifə sevdasına düşüb. Xatırladaq ki, A. Əhmədov uzun müddət ötən il fəaliyyəti dayandırılan Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəisi olub. Onun Nazirlər Kabinetindəki vəzifə yüksəlişinin ömrü isə çox qısa olub və keçmiş baş nazir Novruz Məmmədovun sərəncamı ilə uyulun 3-də adıçəkilən vəzifəyə təyinat alan Adil Əhmədov cəmisi 3 aydan sonra Nazirlər Kabinetindəki kürsüsündən də məhrum olub.

Hamı elə hesab edirdi ki, artıq Adil Əhmədov taleyi ilə barışıb və bundan sonra yenidən hansısa vəzifə kürsüsü uğrunda mübarizə aparmayacaq. Amma bir ibrətamiz məsəldə deyildiyi kimi, Adil Əhmədov fələyin saydığı ilə hesablaşmaq niyyətində olmadığını ortaya qoyub. Belə ki, o yenidən Maliyyə Nazirliyinə qayıtmaq və Samir Şərifovun müşaviri olmaq həvəsinə düşüb. Bu məsələdə nə qədər qəribə də görünsə ona YAP-ın nazirlikdəki şöbəsində vəzifə tutan keçmiş kadrı - bir vaxtlar Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin Əyarlama və Damğalama şöbəsinin keçmiş rəisi himayədarlıq-vasitəçilik edənlər arasındadır. Adil Əhmədovun dostları onu inandıra biliblər ki, təqaüd yaşı çatsa da hələ də yüksək postda özünü göstərmək iqtidarındadır. Amma məsələ burasındadır ki, Samir Şərifov ötənlərdə A. Əhmədovun nazirlikdə fəaliyyətindən heç də məmnun qalmayıb və buna görə də onu yenidən Maliyyə Nazirliyi sistemində hansısa vəzifəyə təyinat almasına birmənalı olaraq imkan verməz. Amma hər şey mümkündür, uzun müddət obrazlı ifadə edilsə, ölkənin "baş zərgəri" işləmiş A. Əhmədovdan hamını təəccübləndirən "zərgər gediş" gözləmək də olar...
Tarix: 8-01-2020, 16:31
Xəbəri paylaş





Xəbər lenti