Heydər Babayevin 50 milyonluq villası- VƏ DAHA NƏLƏR...

Heydər Babayevin 50 milyonluq villası

 

Avropada yaşayan blogger -jurnalist Həbb Müntəzir Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin dəyəri on milyonlarla ölçülən əmlakları və biznesi haqqında məlumatlar yayıb.

Gununsesi.org həmin materialı təqdim edir: 

Bu gördüyünüz 50 milyonluq qəsr, Dübəndi qəsəbəsində yerləşir. Sakinlər buranı “Heydərin Sarayı” adlandırır. Bəli, Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin 4 hektarlıq ərazidə salınan villasıdır. Nə az, nə çox cəmicə 3 il nazir olan adamın sadəcə bir malikanəsindən söhbət gedir.

Hazırda o “AB Standard Şirkətlər Qrupu”nu idarə edir. Şirkət 2004-cü ildə yaranıb, atasının baş hərfləri, Aydın Babayevin adını daşıyır. O dövrdə Prezidentin yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyirdi. Bir il sonra da nazir oldu.

Onun bu şirkəti Azərbaycanda milli özəl kapitalı təmsil edən ən böyük maliyyə-sənaye qruplarından biridir. “AB Standard” Şirkətlər Qrupuna 11 şirkət daxildir:

“Standard İnsurance” ASC sığorta,
“Standard Lizinq” MMC lizinqliklə məşğul olan,
“AJC” MMC logistika,
“Standard Kapital” MMC brokerlik,
“AB Travel” MMC turizm və səyahət agentliyi,
“Dərnəgül Boru Zavodu” QSC,
“AB Qala-Lənkəran” mehmanxanası,
“AB Legal Consulting Group” hüquq-məsləhət firması,
“AB Tim” tikinti və hazır beton emal şirkəti,
“AB Skybell” rabitə-kommunikasiya şirkəti
“AB Service” peyk rabitəsi üzrə ixtisaslaşmış şirkəti

Heydər Babayevin İngiltərə, Gürcüstan, Qazaxstan, Türkiyə, ABŞ, Rusiya və Ukraynada şirkətləri, biznesləri mövcuddur. Bütün bu məlumatları rəsmi saytlarına istinadən yazıram. Mənbə: http://www.abstandard.az

Tarix: 8-01-2020, 19:38
Xəbəri paylaş





Xəbər lenti