"Hərə bir himayəçiyə arxayın olub, dalğanın özündən yan keçəcəyini düşünürsə, yanılır..."

    
  Ağstafada icra başçısının qandallanmasından da nəticə çıxarmırlarsa, o zaman "balaca padşahlar"la Sizcə necə davranılmalıdır? DTX - nın bu əməliyyatları sizcə yetərlidirmi? İcra başçılarının az da olsa haqq yoluna dönərək kəmfürsətlilik etməmələri üçün alternativ nələr təklif edirsiniz?

Yeni seçilmiş millət vəkili, BQP başqanı Fazil Mustafa Moderator.az-ın bu sualına cavabında deyir ki, heç kim himayəçisinə  arxayın olub at oynatmasın:

"Bu artıq ilk presedent deyil. Öncəki icra başçılarının bu motivlə həbsi göstərdi ki, bu proses davam edəcək. Ancaq nədənsə çevrəsində baş verənlərdən nəticə çıxarmayan vəzifəli şəxslər var. Dövlət başçısının bu cür neqativ hallara qarşı iradəsi təqdir olunandır. Bundan digər vəzifəli şəxslər dərs götürməlidir. Hərə bir himayəçiyə arxayın olub, dalğanın özündən yan keçəcəyini düşünürsə, əlbbəttə ki, yanılır. Xalqın ən alt təbəqələrinin maaşına göz tikənlərin tamahı öz başlarına bəla olur. Cəmiyyətimiz bu cür vəzifəsindən sui-istifadə edənlərə qarşı həyata keçirilən tədbirləri dəstəkləyir".
Tarix: 20-02-2020, 21:34
Xəbəri paylaş





Xəbər lenti