“Bu da televiziyanın son on ildə apardığı təbliğatın acınacaqlı nəticəsidir...”






Xəbər verdiyimiz kimi bir müddət öncə “Euravision-2011” müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov efirlərimizdə toy-bayram ab-havasının millətin mədəniyyətinə qarşı soyqırım olduğunu bildirmişdi.

Moderator.az-a açıqlamasında şoumen, aparıcı Kamran Həsənli Eldarın fikirləriylə razılaşdığını dedi:

“Eldarın fikirləriylə razıyam, o, düz deyir. Efirin özünün qaydası, ritmkası var, elə mahnılar var ki, elə ritimdədir ki, onu heç bir efirə buraxmaq olmaz. Əslində bu kriteriyaları biz verilişdə müğənniyə demirik. Amma bütün televiziyalarda belə qaydalar var ki, müğənniyə deyirlər ki, şən mahnı oxu. Şən mahnıları isə toy mahnılarıdır və ona görə də efir toyxanaya çevrilib. Mənim verilişim “Musiqili meydan”dı və bu gün bütün efirləri toy mahnıları zəbt edibsə, bu da televiziyanın son on ildə apardığı təbliğatın acınacaqlı nəticəsidir”.

Vasif Əlihüseyn
Tarix: 20-02-2020, 21:44
Xəbəri paylaş





Xəbər lenti