"Tarqovı"da maskanı turistlərə 2 manata satırlar" - Tolik

 
Aparıcı-prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində canlı yayıma ağzına maska bağlayaraq çıxıb...
Axşam.az xəbər verir ki, buna səbəb Tolikin maska qiymətlərinin bahalaşmasına etirazı olub. O bildirib ki, yaşadığı ərazidə maskaları baha qiymətə satırlar:
"Bunu taxmaqla xəstəlikdən qorxduğumu göstərmək istəmirəm. Bunu etiraz etmək üçün taxdım. Nərimanov rayonu ərazisində yaşayıram. Girdim aptekdən maska soruşdum. Əvvəl 10-15 qəpik idi, indi 50 qəpiyə qalxıb. Hətta "Tarqovı"nun mərkəzində 1-2 manata turistlərə satılır. Aptekdən spirt soruşdum, dedilər, 600 dənə satılıb.
Bu, dünən yox, aylar əvvəl Bakıya gəlib. İnsanların hər durumundan niyə istifadə edirsiz? Maska gündə 2 saatdan bir dəyişdirilməlidir. Belə çıxır ki, bir ailə 10 manat xərcləyib, maska almalıdır?
Koronavirusla öləcəmsə, qoy ölüm, amma maska taxmayacam. Qiymət artımı nədir?".
Siam.az
Tarix: 25-02-2020, 19:34
Xəbəri paylaş





Xəbər lenti