Qarabağ qazisi generala müraciət etdi: "20 gündən çoxdur dolayıblar belə ki,..." "20 gündən çoxdur dolayıblar belə ki,..."

          
Qarabağ qazisi generala müraciət etdi: "20 gündən çoxdur dolayıblar belə ki,..."
Bildirmək istəyirəm ki, mən müharibə iştirakçısını SHXÇDX Xətai rayon idarəsi aşağıda qeyd etdiyim müraciətimlə bağlı 20 gündən çoxdur dolayıblar belə ki, Arzu müəllimə müraciət etdikdən sonra keçən həftə məni müavin çağırdı sənətlərimi qəbul edib, Rövşən adlı bir işçiyə göstəriş verdi ki, gələn həftənin ikinci gününə kimi yəni 25.02.2020-ci ildə sənət hazır olacaq gəl götür, bu gündə gəlmişəm heç bir sənət hazır edilməyib, başa düşə bilmirəm bu məmurlar məni dolayıblar, bunlar barəsində ciddi tədbir görülməlidir və mənim sənətlərimin təcili hazırlanıb verilməlidir. mən məcbru qalıb bu barədə bütün dövlət orqanlarına və mətbuata müraciət edəcəyəm.

Xahiş edirəm nəzərə alıb mənə kömək edəsiniz və SHXÇDX Xətai rayon idarəsi barəsindədə ciddi tədbir görəsiniz.

SHXÇDX-nin rəisi.
Cənab Arzu Rəhimova.

Xətai rayonunda qeydiyyatda olan, Suraxanı rayon, Hövsan qəsəbəsi H. Quliyev küçəsi ev 21, mənzil 38 ünvanında yaşayan Qarabağ müharibə iştirakçısı Əliyev Mürvət Yusub oğlu tərəfindən.

Ə r i z ə

Bildirmək istəyirəm ki, may 1993-cü ildən yanvar 1994-cü ilədək 896 nömrəli hərbi hissədə xidmət etmişəm. 11 yanvar 1994-cü ildə Füzuli rayon Aşağı Əbdurəhmanlı kəndində ağır yaralanmışam. Xidmətə SHXÇDX Nizami rayon idarəsindən göndəriləndə və xidmətdən qayıdanda həmin idarəyə sənətləri təhvil vermişəm. Sonradan SHXÇDX-nin Xətai rayonununda qeydiyyatdayam, sənətlərimin sürətini həmin idarəyə təqdim etmişəm.


Sizdən xahiş edirəm ki, 11 yanvar 1994-cü ildə Füzuli rayon Aşağı Əbdurəhmanlı kəndində ağır yaralandığım üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına hərbi xidmətlə bağlı xəstəliyimin səbəb əlaqəsini təyin edilməsi üçün may 1993-cü ildən fevral 1994-cü ilədək 896 nömrəli hərbi hissədə xidmətim haqqında arayış və göndəriş verilməsinə göstəriş verəsiniz.



21.02.2020-ci il. İmza: Əliyev Mürvət Yusub oğlu.




Tarix: 26-02-2020, 16:07
Xəbəri paylaş





Xəbər lenti