Binəqədi icra başçısının oğlunun 3 şirkəti olduğu deyilir - FOTO

          
Binəqədi icra başçısının oğlunun 3 şirkəti olduğu deyilir - FOTO
Teref.az yazır ki, Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyev 3 şirkətin təsisçisidir.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun 4 həmtəsisçidən biri olduğu "İNVEST-2011" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ilin dekabrında qeydiyyatdan keçib. Şirkətin digər həmtəsisçiləri arasında Yusif Hümbətovun oğlu Asim Hümbətov da var.

Orxan Allahverdiyev həmçinin 2008-ci iliin sentyabrında qeydiyyatdan keçmiş və FƏTƏLİXAN XOYSKİ PR., ev 113, m. 48 ünvanında hüquqi qeydiyyatda olan "O.Ş-İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də təsisçisidir. Ötən il bu şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar (3(005)-85/19 saylı) çıxarmışdı.

Orxan Allahverdiyevin sahibi olduğu 3-cü şirkət - "AMİRAS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2007-ci ilin martında qeydiyyata alınıb, şirkət Yasamal rayonu Həsənbəy Zərdabi pr. ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır.

Elxan Allahverdiyev özü icra başçısı təyinatına qədər müxtəlif şirkətlərdə çalışıb. O, ilyarım əvvəl Xaləddin Isgəndərovun yerinə təyin edilib.

Teref.az
[/b]



Tarix: 4-03-2020, 19:34
Xəbəri paylaş





Xəbər lenti