"Maşınlarımızı Tehrandan buraxmırlar" - İrandan mal gətirən azərbaycanlı biznes sahibi

 

Çindən yayılmağa başlayan koronavirus azərbaycanlı sahibkarlara da öz təsirini göstərib.

Bəzi sahibkarlar deyir ki, koronavirusun yayılmasına görə İrandan və Çindən məhsul gətirməsində problem yaşayırlar.

Afət İsmayılova deyir ki, illərdir İrandan Azərbaycana yükdaşıma ilə məşğuldur.

O, koronavirusun həm onlara, həm də onlardan məhsul alıb satan sahibkarlara təsir etdiyini deyir.

Şamil Heydərov artıq 20 ildir ki, Çindən Azərbaycana yükdaşıma həyata keçirən şirkətin rəhbəridir.

O, deyir ki, hazırda Çindən Azərbaycana heç bir yük daşınmır, çünki Azərbaycandan bu ölkəyə gedən aviareyslər dayandırılıb. 

Tarix: 12-03-2020, 09:05
Xəbəri paylaş





Xəbər lenti