Mübariz Mənsimov aclığa başladı - YENİLƏNİB

 

İstanbulda bu gün saxlanılan "Palmali" Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı 

Mübariz Mənsimovun bu saatlarda azadlığa  buraxıldığı barədə məlumat təsdiqini tapmayıb.

 

Modern.az  xəbər verir ki, jurnalist Fuad Abbasovun feysbuk üzərindən canlı apardığı 

proqrama telefon zəngi ilə "Palmali" şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva qoşulub.

 

F.Quliyeva bildirib ki, Mübariz Mənsimov sərbəst buraxılmayıb: "Hətta Mübariz bəy 

yemək və su içməkdən imtina edib. Baxmayaraq ki, bu günlərdə əməliyyat olunub. 

Bu gün onun ofisində və evində araşdırma aparılıb, ancaq "FETÖ" ilə ilgili heç bir dəlil 

tapılmayıb, heç tapıla da bilməz. Çünki onlarla heç zaman əlaqə olmayıb, ola da bilməz".

 

***

 

İstanbulda bu gün saxlanılan "Palmali" Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş 

adamı Mübariz Mənsimovun bu saatlarda azadlığa  buraxıldığı bildirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı sosial şəbəkə 

istifadəçiləri məlumat yayıb.


Məlumatı dəqiqləşdirmək üçün araşdırma aparsaq da, rəsmi mənbələr bü barədə 







hər hansı məlumat açıqlamadığı məlum oldu.

 

Qeyd edək ki, Mübariz Mənsimov İstanbul Baş Prokurorluğunun apardığı istintaq 

çərçivəsində bu gün saxlanılıb. Onun ofisində axtarış aparılıb.  İş adamının FETÖ 

istintaqı çərçivəsində saxlanıldığı bildirilir.

Tarix: 16-03-2020, 00:45
Xəbəri paylaş





Xəbər lenti