Eldar Mahmudovdan 5 il sonra...

 

Sabiq milli təhlükəsizlik nazirinin keçmiş spikerlə əlaqələri haqda mətbuatda xeyli yazılar dərc olunub

Yeni təşkil olunan Milli Məclisdə Oqtay Əsədov postunu təhvil verməli olub, onu Sahibə Qafarova əvəzləyib. Oqtay Əsədov 2005-ci ilin dekabrından parlamentin sədri idi. Ondan bir qədər əvvəl, 2004-cü ilin iyulunda Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsinə təyinat almışdı. Sonrakı dönəmdə Eldar Mahmudovla Oqtay Əsədovun əlaqələri haqda mətbuatda xeyli yazılar dərc olunub. Yəqin ki, xatırlayanlar az deyil. Oqtay Əsədov spiker olduğu dönəmdə xidməti avtomobilində Milli Təhlükəsizlik Nazirliyinin binasına gedərək, nazir Eldar Mahmudovu iş otağında ziyarət etmişdi. Bu məsələ mətbuatda böyük hay-küyə səbəb olmuşdu. Vəzifə səlahiyyətlərinə görə üst səviyyədə duran spikerin rəsmi tədbir olmadığı halda, bir nazirin kabinetinə getməsi çoxlarına şübhəli gəlmişdi.

Oqtay Əsədov o vaxt Eldar Mahmudovun kabinetinə getmə səbəbini onun 53 yaşının tamam olması ilə əlaqələndirmişdi. Lakin bu bəhanəyə yalnız sadəlövh adamlar inanardı. Üstəlik, onun nazirlə uzun müddət ikilikdə söhbətinin mövzusu da böyük maraq doğurmuşdu.

Eldar Mahmudov Oqtay Əsədov ile ilgili görsel sonucu

Eldar Mahmudov 2015-ci ildə postunu itirəndən sonra həbslərin və işdənçıxarmaların miqyasından, istintaqa cəlb edilənlərin əhatəsindən səhnə tam aydın oldu. Göründü ki, Eldar Mahmudov özünə komanda formalaşdırıbmış.

Heç kimə sirr deyil ki, Eldar Mahmudovun özünün hakimiyyət içərisində nazir, nazir müavinləri, komitə rəhbərləri və müavinləri, məhkəmə sədrləri və hakimlər, prokurorlar və müstəntiqlər, idarə və şöbə müdirləri, rəislər, deputatlar, partiya sədrləri, qəzet, sayt redaktorları, jurnalistlər və QHT rəhbərləri, hətta müğənni və artistlərdən ibarət çox böyük bir komandası - “kölgə kabineti” olub./“Yeni Müsavat”/


Tarix: 18-03-2020, 10:51
Xəbəri paylaş





Xəbər lenti