"“Qıjıları buraxmayın”, “qıjılardan canımız qurtarar” kimi şərhlər yazanlar, məncə, siz ölün!"

 Aparıcı Hüsniyə Məhərrəmova bölgələrdən Bakıya gediş-gəlişin məhdudlaşdırılması xəbərini sosial şəbəkəkərdə birmənalı qarşılamayan şəxslərlə bağlı fikirlərini bölüşüb.
Open.az xəbər verir ki, o, istifadəçiləri tənqid edərək bunları yazıb:
“Hər şey bir qırağa... Amma bölgələrdən Bakıya gəlişin məhdudlaşdırılması ilə bağlı xəbərlərinin altında “qıjıları buraxmayın”, “qıjılardan canımız qurtarar” kimi şərhlər yazanlar, məncə, siz ölün!”.
Qeyd edək ki, Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər bölgələrdən gediş-gəlişlər martın 29-nadək məhdudlaşdırılıb.


 
Tarix: 19-03-2020, 14:57
Xəbəri paylaş





Xəbər lenti