“Eşitmə qabiliyyətimi itirdim, dad, qoxu, bilmirəm...” -Koronavirusa yoluxan gənc qız+FOTOLAR





Koronavirus testi pozitiv çıxan qızın eşitmə qabliyyətini itirməsi və dad bilməməsi tibb dünyasını təəccübləndirib.

Moderator.az xəbər verir ki, dünyada 16 mindən çox insanın ölümünə səbəb olan koronavirusdan insanlar zərər görməkdə davam edir. İtaliyada yaşayan 20 yaşlı amerikalı qızın paylaşımı isə həkimləri şoka salıb. 

Julia Buskaqlia “Kovid-19) virusunun yeni simptomlarının ortaya çıxdığını bildirib: 

“Virusa yoluxduqdan sonra eşitmə qabiliyyətimi itirmişəm, dad da bilmirəm. 29 fevralda qrip olduğumu hiss etdim. Başım ağrıyırdı, qulaqlarım, boğazım tutulmuşdu, bədənim ağrı içindəydi, 37.8 dərəcə temperaturum var idi. Buna görə bir neçə dərman aldım. Sonra həkimə müraciət etdim və o, da mənim qrip olduğumu dedi. İki qulağımın da getdikcə eşitmə qabiliyyəti azaldı,  buna görə təhsilim yarımçıq qaldı. Vəziyyətim getdikcə pisləşdi. Zamanla eşitmə qabiliyyətim kəskin azaldı, həm dad, həm də qoxu almaq hissimi itirdim.


Julia buna görə ölkəsinə qayıdıb və karantinə alınıb: 

“ABŞ-a qayıtdıqdan sonra yaxınlarım müayinə olunmağımı məsləhət gördülər. Test nəticələrim müsbət çıxdı. Həkimlər isə səhhətimin normal olduğunu dedilər və mən xarici ölkədən gəldiyim üçün karantinə alındım”. 

Gənc qız yaşıdlarına diqqətli olmağı məsələhət görüb.
Tarix: 24-03-2020, 15:23
Xəbəri paylaş





Xəbər lenti