Fəzail Ağamalı: "İnana bilmirəm ki, Mübariz Mənsimov bu əməllərin sahibidir"

 
Milli Məclisin deputatı Fəzail Ağamalı "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun həbs edilməsinə münasibət bildirib.

F.Ağamalı xatırladıb ki, Mübariz Mənsimovla şəxsi tanışlığı 2019-cu ilin iyul ayında "Palmali"nin mətbuat xidmətinin rəhbəri, uzun illərdən tanıdığı və jurnalist olaraq, böyük hörmət bəslədiyi Fidan Quliyevanın təşəbbüsü ilə baş tutub: "Biz bir neçə dəfə görüşdük, birlikdə nahar və şam etdik, dövlətimizlə, Azərbaycan - Türkiyə münasibətləri ilə bağlı xoşməralı söhbətlərimiz oldu. Görüşümüzün və münasibətlərimizin tarixi budur".

Deputat M.Mənsimovun həbs edilməsinə təəssüfləndiyini bildirib: "Təəssüf edirəm ki, Mübariz Mənsimov Türkiyə hüquq muhafizə orqanları tərəfindən saxlanılıb. İnana bilmirəm ki, o Türkiyə dövlətinin əsaslarını sarsıda biləcək düşüncə və əməllərinin sahibidir. Məncə, burada bir yalnışlıq var. O, Türkiyə - Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət etməyi özünə şərəf bilən, imkansız Azərbaycan və Türk vətəndaşlarına köməklik göstərəm soydaşımızdır və bununla bağlı kifayət qədər faktlar mövcuddur. Mən, bir daha Mübariz bəyin tezliklə azadlığa çıxmasını, ata və anası, övladları ilə birgə olmasını Ulu Tanrıdan diləyirəm. Yaradanımız yolunu açıq etsin!”  (Pravda.az)
Tarix: 28-03-2020, 07:35
Xəbəri paylaş





Xəbər lenti