Fərəcovun özü az incitmişdi bizi indi də əshabələri torpaqlarımızı əlimizdən alır.

        
Fərəcovun özü az incitmişdi bizi indi də əshabələri torpaqlarımızı əlimizdən alır.
Teref.az olaraq poçtumuza daxil olan şikayət məktubunu təqdim edirik:
Salam hörmətli redaksiya. Ötən gün Biləsuvar rayonunda baş verənlər - İcra başçısı tərəfindən zəbt olunmuş torpaqların öz qanuni sahiblərinə qaytarılması faktı bizi ruhlandırdığı üçün onsuzda buralarda eşidilməyən səsimizi ucaltmaq qərarına gəlmişik. Sumqayıt şəhər, Beton zavod ərazisi, 33 nömrəli avtobusun son dayanacağı deyilən ərazidə Yüksək Gərginlikli elektrik stansiyasının qarşısı olduğu və sənaye təyinatlı torpaq olduğu üçün qəti tikinti aparmaq olmaz deyə bizim çoxsaylı müraciətlərimizə cavab verən Sumqayıt şəhərinin Baş memarı Adil Xudadatov müxtəlif bəhanələrlə bizə torpağımızın dəyər-dəyməzinə Zakir Fərəcovun əshabələrinə satmağımıza nail oldu. Sən demə burda məqsəd bu torpaqların dəyər-dəyməzinə ələ keçirilməsi imiş. Bizə tikinti normalarına uyğun deyil cavabını verən baş memar Adil Xudadatov hal-hazırda Zakir Fərəcovun bağında itinə pişiyinə baxan qarolçunun qısa bir zamanda nə az nə çox düz 3 fərdi yaşayış evinin burada tikib başa çatdırdığını və baha qiymətə satışa qoyduğunun şahidi olduq. Bu şəhərdə Sumqayıt sakinləri onsuzda Zakir Fərəcovun özünün və yaxınlarının hər yeri zəbt edib qanuni-qanunsuz öz adlarına sənədləşdirdiklərindən bezar olduqları azmış kimi indi də əshabə və nökərlərin əlindən bezar qalıb. Hər kəsə aydındır ki, ilin günün bu vaxtında əlində qanuni çıxarışı olan torpaq sahibləri Azərbaycan Respublikası Memarlıq və Şəhərsalma Komitəsindən tikintiyə rəsmi icazə sənədi almadan bir daşı daş üstə də qoya bilməzlər. Bəs o zaman necə olur ki, torpağın mülkiyətinə dair heç bir sənəd almadan, rəsmi tikintiyə icazə almadan günün günorta vaxtı şəhərin mərkəzində yan-yana 3 fərdi yaşayış evi tikilir və 65000 manata satışa qoyulur? Aşkar surətdə deyilir ki, tikə bilməzsən biz tikəcəyik sənsə pulunu verib baha qiymətə bizdən alacaqsan. Halalca torpağını əlindən alsınlar sonra isə ev tikib sənə satsınlar. Budurmu ədalət prinsipi? Biz indiyədək Fərəcovlardan az zülm görmüşdük ki indi də əshabələrinin zülmünü çəkirik? Maskalılar çox uzaqlardan başlayıblar işə...
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az



Tarix: 6-05-2020, 11:28
Xəbəri paylaş





Xəbər lenti