Öldürülmüş diktatorun oğlu atasının yerinə keçmək istəyi


Портрет Муамара Каддафи в огне


© Sputnik / Andrei Stenin

Kiçik Qəəddafi 6 il həbsdə qaldıqdan sonra keçən ilin aprel ayında azadlığa çıxıb

 Müammər Qəddafinin oğlu Seyfülislam Liviya dövlət rəhbəri postuna namizəd olacaq. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, edama məhkum edildikdən sonra 6 il həbs yatan və keçən il azadlığa çıxan Seyfülislam yaxın zamanlarda liviyalıların qarşısına çıxmağa hazırlaşır.  

Məlumata görə, köməkçisi Ayman Ebu Ras Seyfülislamın dövlət başçısı olmaq üçün mübarizə aparacağını deyib. 

Köməkçisi Qəddafinin ölkəni qurtarmağı düşündüyünü deyir. 2011-ci ildə müharibə cinayətləri törətmək iddiası ilə edama məhkum edilən Seyfülislam atasına qarşı çıxan üsyançıları öldürməkdə günahkar hesab edilirdi. 

Kiçik Qəəddafi 6 il həbsdə qaldıqdan sonra keçən ilin aprel ayında azadlığa çıxıb. 



Tarix: 20-03-2018, 15:02
Xəbəri paylaş





Xəbər lenti