Moldovanın paytaxtında partlayış baş verib, ölən və yaralananlar var


 Moldovanın paytaxtı Kişineu şəhərinin mərkəzində partlayış verib.

“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi açıqlama verib.

Ərzaq dükanında baş verən partlayış zamanı 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, mağazada əl qumbarası partlayıb.

Polis ərazini nəzarətə götürüb.

Tarix: 20-03-2018, 15:02
Xəbəri paylaş





Xəbər lenti