Aydın Doğan erasının sonu : Doğan Media Qrupu Demirörən Holdinqə satıldı, telekanallar, qəzetlər və daha nələr əldən çıxdı


Aydın Doğan erasının sonu : Doğan Media Qrupu Demirörən Holdinqə satıldı, telekanallar, qəzetlər və daha nələr əldən çıxdı

Türkiyənin ən böyük media qrupu olan Doğan Media Qrupunun, Demirörən Holdinqə satışı üçün razılığa gəldiyi bildirilir.

Avropa.info xəbər verir ki, Doğan Media Qrupunun fəxri başqanı Aydın Doğanın 2011-ci ildə “Milliyyət” və “Vatan” qəzetlərini satdığı Demirören Holdinqlə razılığa gəldiyi qeyd olunur. Doğan Media Qrupunun bütövlükdə 1 milyard 200 milyona satıldığı bildirilir.

Reuters agentliyinə danışan Demirörən Qrupundan üst səviyyə bir səlahiyyətli məlumatı təsdiqləyib.

“Doğan Media Qrupunu almaq üçün danışıqlar aparılırdı. Müəyyən mərhələyə gəlinib və satın almaq barədə razılıq əldə olunub.”

Doğan Media Qrupunda fəaliyyət göstərən media orqanları bunlardır: Kanal D, CNN Türk, TV2, Dream TV, Dream Türk, Hürriyet ,Posta, Fanatik, Hürriyet Daily News, TME, Doğan Burda Jurnalı, Doğan Egmont, Doğan Kitab, Jurnal Marketinq və Planlaşdırma (DPP).

Tarix: 22-03-2018, 22:24
Xəbəri paylaş





Xəbər lenti