Şərqi Quta tamamilə Suriya hakimiyyətinin nəzarəti altında keçib




Suriyanın hökumət qoşunları Duma şəhərin üzərində nəzarəti tam ələ keçirib.

Gununsesi.info xəbər verir ki, şəhər daha öncə “Ceyş əl İslam” qruplaşmasının nəzarəti altında olub.

Düşmən tərəflərin barışması üzrə mərkəzin rəisi Yuriy Yevtuşenkonun sözlərinə görə, Duma şəhəri üzərində nəzarəti ələ keçirmək – bütövlükdə Şərqi Qutaya nəzarət etmək deməkdir.

Onun sözlərinə görə, Rusiyanın hərbi polis bölmələri azad olunan şəhərdə işə başlayacaq və Dumanın Suriyanın qanuni hökumətinin nəzarətinə keçəndə asayişin qorunması üzrə nəzarət edəcəklər

Tarix: 12-04-2018, 09:05
Xəbəri paylaş





Xəbər lenti