Rusiyanın ABŞ sanksiyalarına verə biləcəyi yeganə - Ciddi cavab



ABŞ-ın bəzi və yeni raket daşıyıcılarının fəaliyyəti rus istehsalı olan RD-180 raket mühərriklərindən asılıdır. Bunu Rusiya və ABŞ çox yaxşı başa düşür.

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Moskva bu raket mühərrikləri ilə cavab verə bilər. Bu isə ABŞ raket istehsalını kifayət qədər ləngidə bilər.

ABŞ və Rusiya aerokosmik sənayesi sahəsində intensiv rəqabət aparır. Ancaq bu rəqabətlə yanaşı, tərəflər arasında RD-180 raket mühərrikləri ilə bağlı əməkdaşlıq da mövcuddur.

2000-ci il noyabrın 2-dən bu yana Beynəlxalq Kosmik Stansiyadan buraxılan raketlərin böyük əksəriyyətində rus mühərrikdən istifadə edilib.

Ən qəribəsi də ondandır ki, bu günə qədər tətbiq edilən sanksiyalara baxmayaraq, Rusiya ABŞ-a bu mühərriklərin satışını nəinki qadağan edib, hətta yeni müqavilə imzalayıb. 2018-ci ilin sonlarına qədər Rusiya ABŞ-a 60 yeni aqreqat göndərmək niyyətindədir.

Məlumatlarda qeyd edilir ki, Vaşinqton tərəfinin bugünədək apardığı araşdırmalara baxmayaraq, amerikalı alimlər RD-180 mühərrikinin oxşarını belə hazırlaya bilməyiblər. RD-180 yeganə mühərrikdir ki, astronavtları kosmosa apara və yerə qaytara bilir.

Amerikalı alimlərin bu il hazırladığı AR1 raket mühərrikləri növbəti ildə sınaqdan keçiriləcək. Onun uğurlu olub-olmayacağı isə məlum deyil.

Digər raket mühərriki BE-4 isə 2028-ci ilə qədər hazır olacaq.

Əgər Rusiya ABŞ-a qarşı RD-180 raket mühərrikləri ilə bağlı sanksiya tətbiq etsə, Moskva bundan 3 milyard dollar itirəcək. Ona görə Rusiyanın bu kimi addım atacağı o qədər də real görünmür. Ancaq Rusiya tətbiq edilən sanksiyalara cavab versə, ABŞ-ı danışıqlar masasına əyləşməyə vadar edə bilər.

Tarix: 12-04-2018, 09:14
Xəbəri paylaş





Xəbər lenti