Rusiyanın “uçan radarları” Suriya səmasında peyda oldu


Suriya səmasında Rusiya ordusuna aid “uçan radarlar” və kəşfiyyat təyyarələri qeydə alınıb.

Videogörüntünü terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” təşkilatı öz “Telegram” kanalında yayıb.

Həma vilayətinin üzərindən uçan təyyarələrin “İL-20” radio-elektron kəşfiyyat və uzaq məsafəli radiolokasiya tuşlama sistemi olan “A-50U” hərbi hava gəmisi olduğu bildirilir.

Qeyd edək ki, Rusiyanın Suriyadakı Hmeymim bazasına dörd “SU-35C” və bir “A-50U” radiolokasiya təyyarəsi göndərdiyi barədə xəbərlər hələ fevral ayında yayılıb.

Uzaq məsafəli radiolokasiya aşkarlama və idarəetmə sistemi ilə təchiz olunmuş “A-50U” təyyarəsi “İL-76” hərbi-nəqliyyat maşınının bazasında hazırlanıb.

Göyərtəyə quraşdırılmış çoxfunksiyalı radiotexnika kompleksi hava, su və quru hədəflərini aşkarlamağa, hədəfləri ötürməyə və müttəfiq qüvvələrlə əlaqələndirməyə imkan verir. (virtualaz.org)

 

Tarix: 12-04-2018, 23:13
Xəbəri paylaş





Xəbər lenti