Erməni politoloqları: “Ermənistanda siyasi təlatümdən söhbət gedə bilməz”


Aprel ayının 17-də Ermənistan parlamenti yeni baş naziri təsdiq edəcək. Xəbər verildiyi kimi, bu, keçmiş prezident Serj Sərkisyandan başqası deyil.

 

Musavat.com erməni mediasına istnadən xəbər verir ki, Ermənistan müxalifəti əlindəki imkanlarla buna mane olmağa çalışır. Bunlardan ən diqqət çəkəni parlamentdəki “Yelk” fraksiyasının deputatları Ararat Mirzoyan və Lena Nazaryanın parlamentin trubunasında tüstü məşəllərini yandırması olub.

 

Ararat Mirzoyan əlindəki tüstülənən məşəli “azadlıq məşəli” adlandırmağı da unutmayıb. Parlamentin vitse-spikeri, həmin iclasa sədrlik edən Eduard Şarmazanov isə olub bitənləri sakitliklə izləyib.

 

Ä°lgili resim

 

“Bu məcburi aktın məqsədi vətəndaşların diqqətini ölkədəki situasiyaya və aprelin 13-də keçiriləcək mitinqə cəlb etmək olub”, - “Yelk” blokundan deputat Mane Tandilyan deyib.

 

Parlamentin mətbuat katibi Arsen Babayan isə müxalifətçi deputatların hərəkətlərinin nizam-intizam komissiyasında müzakirə olunacağını bildirib. Digər yandan, aprelin 9-da, “Ermənistan dövləti adına” cəbhə və “Sərkisyanı rədd et” adlı təşəbbüs qrupu İrəvanın Azadlıq meydanında birgə mitinq keçirib. Mitinqdə 500 nəfərə yaxın insan iştirak edib. Onlar aksiyalarını aprelin 17-nə qədər İrəavanın bütün rayonlarında davam etdirəcəklərini söyləyiblər.

 Erməni siyasi ekspertləri isə müxalifətin bu cür tədbirlərinin piar-aksiyadan başqa bir şey olmadığını qeyd edirlər.

 

Siyasi texnoloq Karen Koçaryanın fikrincə, “Yelk” deputatlarının hərəkətləri fraksiyanın rəhbəri Nikol Paşinyanın proqramı və onun “Mənim addımım “adlı kampaniyası çərçivəsində dəyərləndirilməlidir.

 

Nikol Pashinyan ile ilgili görsel sonucu

Nikol Paşinyan

 

“Son iki ildə həm cəmiyyət, həm də onun proseslərə olan reaksiyası tamam dəyişib. 1996, 2003, 2008-ci illərdə cəmiyyət daha inqilabi əhval-ruhiyyədə idi, indi isə total apatiya, yəni süstlük hökm sürür. Görünür, Paşinyan da bu vəziyyətdən çıxmaq üçün belə bir addım atıb. Onunla həm siyasi texnoloqların, həm də piarçıların çalışdığı aşkar görünür”, - Koçaryan bildirib.

 

K.Koçaryan müxalifətin aksiyalarının siyasi kütləvi tədbirlərə çevriləcəyini istisna etməyib: “İndi etiraz etməyə sadəcə yüzlər çıxır. Lakin müxalifət küçəyə on minlərlə insan cəlb edə bilsə, bu, əsl qələbə olar”.

 

Qafqaz institutunun əməkdaşı, politoloq Hrant Mikaelyan “Yelk” blokunun deputatlarının əhalinin müxalifətçi qismini öz tərəflərinə çəkə biləcəyini, lakin hakim partiya üçün real təhlükə törətməyəcəyini qeyd edib.

 

Mikaelyan Eduard Şarmazanovun sakit reaksiyasını buna bağlayıb: “Respublikaçılar heç bir təhlükə olmadığını hiss edirlər. Serj Sərkisyan baş nazirliyə təyin olunandan sonra bütün bu mərəkə bitəcək”.

 

1461672049_150322_src.jpg (109 KB)

 

O, müxlaifətçi deputatların baş nazir seçilən gün də boş-boş qışqırdıqdan sonra dağılışacaqlarını söyləyib: “Sadəcə, “yox, yox, yox” bağırışacaqlar, çığırıcaqlar, bununla da hər şey bitəcək”.

 


Tarix: 13-04-2018, 08:36
Xəbəri paylaş





Xəbər lenti