ABŞ rəsmisi: "Suriya hakimiyyəti ən azı 50 dəfə kimyəvi silahdan istifadə edib"


"Suriya hakimiyyəti ölkədəki vətəndaş müharibəsi zamanı ən azı 50 dəfə kimyəvi silahdan istifadə edib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məlumat verib.

"ABŞ-ın gəldiyi qənaətə görə, Bəşşar Əsəd ən azı 50 dəfə kimyəvi silahdan istifadə edib. İctimayyətin fikrincə isə bu rəqəm 200-ə çatır", - o deyib.

Qeyd edək ki, Suriya hakimiyyəti kimyəvi silahdan yararlandığını inkar edir.

Tarix: 13-04-2018, 22:27
Xəbəri paylaş





Xəbər lenti