Tramp Fransa və Britaniyann yardımıyla Suriya əməliyyatına başladı –əsas hədəf Suriya hökumətinə məxsus kimyəvi silah obyektləridir




ABŞ bu gün Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb. SİTA-nın məlumatına görə, ABŞ prezidentİ Donald Tramp bunu Ağ Evdə çıxışında bildirib. Onun sözlərinə görə,  hava zərbələri bu ölkədə kimyəvi silah obyektlərinə endirilir: “Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”. 

ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. “Lakin bu, baş tutmaya da bilər”, – deyə D.Tramp əlavə edib.

 Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: “Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.
Tarix: 14-04-2018, 08:06
Xəbəri paylaş





Xəbər lenti