"S400"lü Türkiyə...







Son günlər qərb mediasında gündəm olan Türkiyənin Rusiyadan aldığı S-400 Hava hücumundan müdafiə sistemi özündə bir sıra məsələləri əks etdirir . Türkiyə NATO ölkəsi olduğu üçün  hava sərhəddini  heçdə S-400 dən geri qalmayan "Patriot" sistemləri qoruyur.

Bəs belə bir vəziyyətdə S-400 sistemlərinin alınmasını nə zəruri edir? Əslində məsələnin səbəbi  məhz elə NATO da gizlidi .  Türkiyə səmalarını qoruyan "Patriot" sistemi NATO nəzarətindədir və həmən sistemlerdə "Dost hədəf" sistemi mövcuddur ki, buda NATO ölkələri və İsrail (NATO ölkəsi olmamasına rəğmən) ordusunun hərbi texnikasını məhz "Dost hədəf" kimi tanımaqdadır və onlara qarşı heç bir təhdit belə yaratmamaqdadır. Məsələn hansısa NATO ölkəsi və ya İsrail ordusu Türkiyə sərhəddini pozsa və ya həmən ərazilərdə əməliyyat keçirsə Türkiyədə mövcud olan "Patriot" sistemləri ona qarşı heç bir zərbə endirə bilmiyəcək.

 Lakin məlum məsələdir ki, Türkiyə ərazisinə daxil olmaq belə Patriot sistemləri olmasa belə mümkün deyil . Çünki Türkiyədə istənilən hücuma qarşı cavab verəcək qədər qırıcı təyyarələr(2011 ci ilə qədər Türkiyə qırıcıları israil ordsuna aid sistemləri dost hədəf kimi tanıyırdı lakin artan gərginlik fonunda Türkiyə ordusuna aid olan F-16 qırıcılarından bu sistemi yığışdıra bilmişdir) və yerli sənayə məhsulları var . Lakin Türkiyə ordusunda olan F-16 sistemlərində, nəzarəti ABŞ hökümətində olan çiplərin yerləşdirildiyidə məlumdur və bu yolla həmən qırıcıları zərərsizləşdirə bilər (lakin beynəlxalq prinsiplərə əsasən ABŞ ilə hansısa hərbi konfliktə girmədiyi təqdirdə ABŞ-ın bunu etməsi qanunsuzdur).
 
Fikrimcə S-400 lərin alınmasının digər səbəblərindən biridə Türkiyə xaricindəki həbri əməliyyatlarda birbaşa üstünlük qazanmasına hesablanıb. Çünki , Suriya bu günə qədər Türkiyə dövləti ilə bu məsələdə əks mövqedə dayanan koalisya qüvvələri və İsrail tərəfindən dəfələrlə bombalanıb və Türkiyə buna lazımı cavab verə bilməyib (hərbi müstəvidə) .

Yeni alınan S-400 sistemləridə məhz buna hesablanada bilər . Çünki S-400 sistemləri Türkiyədə olduğu təqdirdə sözü gedən qüvvələrin Suriya ərazisini bimbalamasıda böyük ölçüdə mümkün olmuyacaq .
Məsələni ciddi analiz etdikdə bu fikrə gəlmək olar ki, Türkiyə höküməti məhz bəzi NATO dövlətləri və İsrailə qarşı hərbi müstəvidə cavab vermək (təhdit yaratmaq) üçün bu sistemləri almışdır.

Bununla yanaşı Türkiyə arsenalında olan F-16 larında ABŞ tərəfindən nəzarətdə olduğunu bilir və yaxın vaxtlarda Rusiyadan qırıcı təyyarə almasını da gözləmək olar.

Qadir Kazımov,
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti
Tarix: 14-04-2018, 09:06
Xəbəri paylaş





Xəbər lenti