“Kimin silahı köhnədi gördük” - Əsəd Qərbə gözdağı verdi


Koalisiya qüvvələrinin Suriyaya hava hücumundan danışan prezident Bəşər Əsəd Rusiya nümayəndələri ilə görüşdə Qərb liderlərinə replika atıb.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, Əsəd “Amerikan filmlərində adətən rus silahının geridəqalmış, köhnə olduğu göstərilir. Kimin silahının köhnə olduğunu gördük” deyib.

Putinin nümayəndəsi deputat Dmitri Sablini qəbul edən Əsəd ABŞ, İngiltərə və Fransa qüvvələrinin Suriyaya raket hücumunun dəf edildiyini bəyan edib. B.Əsəd bildirib ki, müttəfiqlərin atdığı raketlərin çoxu 1970-ci il istehsalı rus raketləri ilə dəf edilib.

Tarix: 15-04-2018, 16:58
Xəbəri paylaş





Xəbər lenti