Məşhur avtoritetin faciəli sonu: ölüm səbəbi bilindi (FOTOLAR)
Daha bir tanınmış kriminal avtoritet dünyasını dəyişdi. O, "oğru" dünyası tarixində ilk və yeganə "taclandırılmış" adigeyli idi (Adigey Şimalı Qafqazda bir respublikadır).
Qaynarinfo lent.az-a istinadən xəvər verir ki, Mişka Çerkes kimi tanınan 50 yaşlı Məhəmməd Petov Almaniyada dünyasını dəyişdi. Son illər iflic xəstəliyi ilə əlaqədar güclü təsirlərə malik dərmanlar qəbul etmək məcburiyyətində idi.
Mişka Çerkesi 1993-cü ildə erməni məşəli armavirli oğru Nodar Çtamanetyanın təqdimatı ilə taclandırılıb. Bu taclandırmanın isə bir məqsədi var idi - armavirli oğrular adigeylilərlə problem yaşamasınlar. Nodar Çtamanetyanın isə bambaşqa planları var idi, o, bununla özünə maliyyə perspektivləri yaradırdı. Bu məsələdə isə iki ciddi maneə yaranmışdı - məşhur rus "oğru"larından Vladimir Volkov (Volçok) və Viktor Beqdaş(Şenok) bu namizədliyə etiraz etmişdilər. Onu da qeyd edək ki, Mişka Çerkes qrup halında təcavüz ittihamı ilə cəza çəkib. Bütün bunlara baxmayaraq onu taclandırırlar.
Tarix: 16-04-2018, 16:16