“Ermənistanla Qarabağ klanı arasında mübarizə bütün şiddəti ilə davam edir”



Tofiq Zülfüqarov: “Bu gün baş verən qarşıdurmaların kökündə bu amil dayanır”



Ermənistanda müxalifət və tələbələrin aksiyaları davam edir. 

Xalq tərəfindən də dəstək verilən bu aksiyaların güclənməsi, erməni cəmiyyətinin daxilən bölünməsi Azərbaycanın Qarabağ məsələsində şansını artıra bilərmi?

Moderator.az-a açıqlama verən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov öncə Ermənistandakı proseslərin mahiyytinə diqqət çəkdi:

“Ermənistanda Qarabağ klanına qarşı həmiş mənfi münasibət olub. Ermənistanın ziyalı təbəqəsi həmişə bu qənaətdə olub ki, Dağlıq Qarabağdan gələn dəstə hakimiyyəti mənimsəyib. Bu baxımdan bu qarşıdurma həm məişət, həm də siyasi səviyyədə mövcud idi. Konstitusyon dəyişiklikdən sonra Qarabağ klanının nümayəndəsi Serj Sərkisyan baş nazir vəzifəsini tutdu. Məcburən diasporu və Ermənistanın ziyalı təbəqəsinin nümayəndəsi olan şəxsə prezident postunu təklif etdi. Bu baxımdan indiki qarşıdurma məhz bununla bağlıdır. Qarşıdan maraqlı bir mərhələ gəlir. Görək real şəkildə səlahiyyətlər necə bölünəcək. Baxmayaraq ki, qanunda baş nazir və prezident arasında bu bölgü göstərilib. Gördüyümüz gərginliklərin kökləri bundan ibarətdir. 
Dağlıq Qarabağ məsələsinə gəlincə, hesab edirəm ki, bu məsələdə nə isə demək hələ tezdir. Zənnimcə, hələ gözləmək lazımdır. Öncə bu hadisələrin nə ilə nəticələnəcəyinə baxmaq lazımdır. Sonra hadisələrin hansı istiqamətdə cərəyan etdiyini müşahidə etmək olar”.

Seymur Əliyev 
Tarix: 16-04-2018, 22:49
Xəbəri paylaş





Xəbər lenti