Pentaqon: ABŞ Suriyaya raket zərbələri endirmir


Pentaqon: ABŞ Suriyaya raket zərbələri endirmir

Birləşmiş Ştatlar hazırda Suriyanın Homs vilayətində heç bir hərbi əməliyyat keçirmir.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Erik Paxon bildirib.

"Hazirda Amerikanın bu ərazidə heç bir hərbi aktivliyi mövcud deyil", - deyə o bildirib.

Daha əvvəl SANA agentliyi Suriyanın hərbi aerodromuna raket zərbələri endirildiyini bildirib. Ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri Şayrat hərbi aerodromuna raket zərbələrini dəf ediblər. Suriyalı zenitçilər bir neçə hədəfi məhv edə biliblər.

Tarix: 17-04-2018, 08:25
Xəbəri paylaş





Xəbər lenti