Suriyaya daha bir hücum: zərbələr dəf edildi


Suriyanın Xüms əyalətindəki “Şayrat” aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyrdəki hərbi bazaya raket zərbələri endirilib.

Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Suriyanın havadan müdafiə sistemləri “Şayrat” aviabazasına atılan 6 raketi vurub. Daha 3 raket Dümeyrə çatmamış vurulub.

Əl-Masdar agentliyinin məlumatına görə isə, zərbələr Suriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. Məlumat Dəməşq tərəfindən təsdiqlənməyib.

"RİA Novosti" agentliyi təkcə Şayrat aviabazasına 10 raketin atıldığını bildirib. Əl-Mayadin televiziyası isə Dümeyrdəki bazaya hücum zamanı burada terrorçuların Dümeyr rayonundan çıxması ilə bağlı danışıqlar apardıqlarını açıqlayıb.

İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur.

Tarix: 17-04-2018, 09:39
Xəbəri paylaş





Xəbər lenti