Ermənistan üçün mühüm gün - düşmən ölkəni etirazlar ağuşuna alıb


Şahin Cəfərli: “İşğalçı ölkədə dəyişiklik üçün əlverişli məqamın yetişmədiyini düşünürəm”

Ötən həftədən etibarən Ermənistanı bürüyən etiraz aksiyaları artan xətlə gedir. Prezidentliyini təzəcə bitirən Serj Sərkisyanın baş nazirliyə iddiasını açıqlaması narazı əhalini ayağa qaldırıb. Aksiyalar Vətəndaş Müqaviləsi Partiyası tərəfindən təşkil olunur.

Bu gün düşmən ölkə üçün ən kritik gün sayılır. Belə ki, aprelun 17-də parlamentin fövqəladə iclasında baş nazir seçiləcək və ölkə parlament üsul-idarəsinə keçəcək. Bununla da faktiki hökumətə rəhbərlik baş nazirin əlində cəmləşəcək. Bütün bunlar onu göstərir ki, demokratiya pərdəsi yaratmağa çalışan S.Sərkisyan hakimiyyətini daha da möhkəmləndirmək niyyətindədir.

Ekspertlər bu gündən etibarən aksiyaların daha intensiv hal alacağını, Sərkisyan üçün baş nazir postunda əyləşməyin asan olmayacağını, ciddi proseslərin start götürdüyünü bildirirlər. Azərbaycan üçün təcavüzkar ölkədə cərəyan edən proseslərin müsbət olduğu bildirilir. Cinayətkar Sərkisyan rejiminin dəyişəcəyi halda, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə də ciddi töhfələr verə biləcəyi vurğulanır.

Lakin politoloq Şahin Cəfərli Ermənistanda keçirilən kütləvi aksiyaların ciddi siyasi nəticələrinin olacağına inanmır:“İşğalçı qonşumuzda bu tip etirazları son illər çox müşahidə etmişik. Sərkisyan rejimi, nisbi də olsa, müəyyən azadlıqlara imkan verir, o cümlədən şəhər mərkəzində sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə mane olmur. Müxalif qüvvələr, qeyri-hökumət təşkilatları, müxtəlif sosial qruplar vaxtaşırı bu nisbi azadlıqdan istifadə edirlər. Hazırkı aksiya da bu qəbildəndir. Düzdür, ortada müxalif düşüncəli əhalinin etirazı üçün ciddi səbəb var. Serj Sərkisyan öz hakimiyyətini qorumaq üçün siyasi oyun oynadı.

ermÉnistanda radio binasına ile ilgili görsel sonucu

O, bir daha prezidentliyə namizəd ola bilməyəcəyi üçün konstitusiyanı dəyişərək Ermənistanı parlament respublikasına çevirdi. Yeni konstitusiyaya əsasən, ölkəni parlamentdə formalaşan çoxluğun seçəcəyi baş nazir idarə edəcək. Serj Sərkisyan prezident ”libasını" çıxarıb baş nazir “qiyafəsinə” bürünərək yenidən ölkənin 1-ci adamı kimi Ermənistanı idarə etmək fikrindədir. Yəni faktiki olaraq Ermənistanda heç nə dəyişmir. Forma dəyişsə də, məzmun eyni qalır. Bu siyasi oyun müxalif mövqeli insanların etirazları üçün əsas verir. Lakin Ermənistanda dəyişiklik üçün əlverişli məqamın yetişmədiyini düşünürəm. Ermənistan müxalifəti dağınıq və demotivasiya olmuş durumdadır.

Åahin CÉfÉrli ile ilgili görsel sonucu

Hazırkı kütləvi aksiyalar müxalif siyasi qüvvələrin təşkilatçılığı ilə deyil, daha çox müxalifətçi deputat Nikol Paşinyanın şəxsi təşəbbüsü ilə baş verir. Hər hansı mütəşəkkil hərəkatdan, ciddi təşkilatçılıqdan danışmaq mümkün deyil. Düzdür, hazırda elə dövrdə yaşayırıq ki, insanlar sosial media vasitəsilə özləri təşkilatlanıb hərəkətə keçə bilir. Ermənistan da bu baxımdan istisna deyil. Amma istənilən halda meydana çıxan kütləni idarə etmək, onu hədəfə yönəltmək, müəyyən strategiya müəyyənləşdirmək və o strategiya əsasında ardıcıl taktiki addımlar atmaq uğur qazanmağın mühüm şərtləridir. Ermənistanda isə bunları görmürük. Lider qismində ortaya çıxmış Nikol Paşinyanın personasına da diqqət yetirmək lazımdır. Onun geniş kütlələri öz arxasınca aparacaq xarizmaya və nüfuza sahib olduğunu söyləmək yanlış olardı. Aksiya iştirakçıları İrəvanın mərkəzi küçə və prospektlərini bağlamağa, beləliklə, nəqliyyatın normal hərəkətinə əngəl yaratmağa davam etsələr, yaxud dövlət orqanlarının işinə mane olmağa cəhd göstərsələr, hüquq-mühafizə orqanları tərəfindən onlara qarşı güc tətbiq edilə bilər. Ermənistanın güc strukturları hər hansı iğtişaşın qarşısını alacaq gücə sahibdir, xüsusən nəzərə alsaq ki, onlar yaxın keçmişdə daha irimiqyaslı kütləvi tədbirləri dağıda biliblər. Elə Paşinyanın da aktiv iştirakçısı olduğu 2008-ci ilin qanlı 1 mart hadisəsini yada salmaq kifayətdir. Həmin vaxt bir neçə yüz min insan, az qala İrəvan əhalisinin yarısı meydanda idi. Lakin hökumət son məqamda mitinqçilərə atəş açmaqdan da çəkinməyərək etirazı yatıra bildi".

Politoloq hesab edir ki, Qərbin Ermənistan daxilindəki proseslərə real təsiri yoxdur: “Ermənistan Rusiya ilə çox dərin siyasi, iqtisadi, hərbi əməkdaşlığa getmiş, faktiki Rusiyanın qeyri-rəsmi federasiya subyektinə çevrilmiş bir ölkədir. Əslində Qərb dövlətləri öz erməni icmalarından da istifadə edərək Ermənistana təsir göstərmək potensialına malikdirlər, sadəcə olaraq, bu imkanlardan faydalanmaq mövcud şərtlərdə asan deyil. Çünki Rusiya Ermənistanda hadisələrin onun regional maraqlarına zidd inkişafını əngəlləmək gücünə sahibdir. Bu baxımdan düşünürəm ki, hazırkı mərhələdə Ermənistanın Qərb-Rusiya qarşıdurmasının cəbhələrindən birinə çevrilməsi ehtimalı çox zəifdir”.(“Yeni Müsavat”)


Tarix: 17-04-2018, 10:09
Xəbəri paylaş





Xəbər lenti