Rus hərbçilər Suriyada kimyəvi laboratoriya aşkarlayıblar




Rusiya hərbçiləri Suriyanın Duma şəhərində kimyəvi silah istehsalında istifadə edilən maddələrin saxlanıldığı anbar aşkarlayıblar.

 

Modern.az xəbər verir ki, yaşayış binasının zirzəmisində yerləşən anbar kimyəvi laboratoriya kimi təchiz edilib.

 

Rusiyalı mütəxəssislər aşkarlanan maddələrin öldürücü iprit qazının istehsalında istifadə edildiyini istisna etməyib. 

 

Qeyd edək ki, bundan əvvəl Qərb Dəməşqi uzun müddət silahlıların nəzarətində qalmış Duma şəhərində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Daha sonra ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb.  (APA)

Tarix: 17-04-2018, 23:05
Xəbəri paylaş





Xəbər lenti