Rusiya və Ermənistan ümumi HHM sisteminin şəxsi heyəti barədə razılığa gəlib

Rusiya və Ermənistan hökumətləri Qafqaz kollektiv təhlükəsizlik regionunda Birləşmiş regional HHM sisteminin şəxsi heyəti və vəsaitləri barədə ortaq məxrəcə gəlib.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş qərargahının rəisi general-leytenant Pavel Kuraçenko açıqlama verib.
“Ermənistan və Rusiyanın Qafqaz kollektiv təhlükəsizlik regionunda Birləşmiş regional HHM sistemi üçün ayırdığı qoşunların siyahısı imzalanıb”, - deyə Kuraçenko bildirib.
Tarix: 18-04-2018, 08:03
Xəbəri paylaş





Xəbər lenti