Yerevanda kütləvi həbslər başladı


Yeravan polisinin müxtəlif şöbələrinə aprelin 18-də etiraz aksiyasının 68 iştirakçısı gətirilib.

Bu barədə erməni KİV-i xəbər yayıb.

Xatırladaq ki, bu gün bir neçə yüz nəfər sabiq prezident Serj Sarkisyanın hökumət başçısı təyin edilməsinə qarşı çıxan "Yolk" ("Çıxış") müxalifət fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanın mərkəzində yürüşə başlayıb.

***12:15

Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident, indiki baş nazir iqamətgahını blokadaya alıblar.

Erməni KİV-inin məlumatına görə, iqamətgahın qarşısında yalnız bir neçə polis əməkdaşı var.

***11:56

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları davam edir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yüzlərlə etirazçı bu gün səhər saatlarından etibarən "Fransa" meydanına toplaşıb.

Qeyd edək ki, müxalif deputat Nikol Paşinyanın başçılığı etdiyi aksiyalar Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı yönəlib.

Tarix: 18-04-2018, 14:22
Xəbəri paylaş





Xəbər lenti