ABŞ hərbi büdcəsi 870, Rusiyanın 40 milyard dollar


2018-ci ildə ABŞ-ın ümumi hərbi xərcləri 870 milyard dollara çatacaq. 2017-ci ildə 818 milyard dollar olan xərclər, təxminən 6.5 faiz artım göstərəcək.

Çin Parlamenti 2018-də hərbi xərclərin bir əvvəlki ilə nisbətən 8 faiz artımla 175 milyard dollar olacağını açıqlamışdır.

Rusiyanın müdafiə naziri Sergey Şoigun açıqladığı məlumatlara görə, 2018-də hərbi xərclər 46 milyard dollar olacaq. Rusiya 2016-ci ildə hərbi xərclərə 65.4 milyard dollar, 2017-ci ildə isə 45 milyard dollar ayırmşdı.

IHS-in hesabatına görə, 2018-ci ildə dünya ölkələrinin müdafiəyə ayıracağı büdcə bir əvvəlki illə müqayisədə 3.3% artaraq 1.67 trilyon dollar olacaq.

Tarix: 18-04-2018, 16:13
Xəbəri paylaş





Xəbər lenti