ABŞ konqresmeni: "Suriyaya yenidən aviazərbələrin endiriləcəyi istisna olunmur"


"Əgər ABŞ kimyəvi silahın tətbiqi ilə əlaqədar hadisə təkrarlanarsa, Suriyaya yenidən aviazərbə endirə bilər".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys bildirib.

O qeyd edib ki, ABŞ-ın Suriyaya son zərbəsi qanuni idi: "Ümid edirəm ki, Bəşşar Əsəd bu siqnalları anladı. Əks halda, yeni aviazərbələr endirilə bilər".


Tarix: 18-04-2018, 22:28
Xəbəri paylaş





Xəbər lenti