Türkiyənin heç bir şansı yoxdur - Markov

 


   
Türkiyənin AB-yə üzv olması və viza sərbəstliyi şansı sıfra bərabərdir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov çıxış edib.
"Avropa Birliyi vətəndaşlarının əksəriyyəti Türkiyənin üzvlüyünə qarşıdır. Bu məsələ səsverməyə çıxarılsa da, qarşısı alınacaq. AB vətəndaşlarının böyük bir qismi islamdan qorxur və onlar milyonlarla müsəlmanın axın etməsini istəmir. Bu üzdən Türkiyənin AB-yə üzv olması üçün heç bir şansı yoxdur. Bundan başqa, hazırda vəziyyət pisləşdi, çünki AB ölkələrinin elitaları Türkiyənin yanlış istiqamətdə hərəkət etdiyini və daha da müstəqil xarici siyasət apardığını və siyasi sistemində avtoritar faktorları gücləndirdiyini düşünür", - Markov söyləyib.
Tarix: 19-04-2018, 08:05
Xəbəri paylaş





Xəbər lenti