Səudiyyə Ərəbistanında atışma olub, ölənlər var


Səudiyyə Ərəbistanında silahlılarla atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Al Arabiya"ya istinadən məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-qərbindəki Asir vilayətində baş verib. Atışma zamanı təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub.

Silahlı toqquşma zamanı habelə silahlılardan biri öldürülüb, daha 2 nəfər yaxalanıb.

Asir vilayəti ərəb koalisiyasının üsyançı husilərə qarşı mübarizə apardığı Yəmənlə sərhəddir. Lakin hadisənin həmin müharibə ilə bağlı olması hələ məlum deyil.

Tarix: 20-04-2018, 08:34
Xəbəri paylaş





Xəbər lenti