Hitlerin qaçdığı sualtı tapıldı: Fürrer sağ imiş?



Danimarkanın Skaqen şəhərinin sahillərinin yaxınlığında U-3523 qayığı tapılıb. Bəzi məlumatlara görə, bu qayıqla başda Adolf Hitler olmaqla Almaniya hökumətinin nünayəndə heyəti Cənubi Amerikaya qaçıb. 

Sualtının bortunda 58 nəfər olub. Hazırda sualtı 123 metr dərinlikdə yerləşir. Hələlik onu sahilə çıxarmaq mümkün olmayıb.

“Daily Star” yazır ki, Hitler sualtı vasitəsilə xilas ola bilib. Amerika kəşfiyyatının məlumatına görə, almanların liderini 1940-cı illərdə Kolumbiya və Argentinada gördüyünü iddia edən şahidlər var. Ancaq Danimarkanın Hərbi Dəniz Muzeyinin rəhbərliyi bildirib ki, həmin sualtının

Hitleri apardığına dair hələlik heç bir sübut yoxdur. Bundan əvvəl yayılan məlumatlara görə, sualtı Britaniya bombardmançılarının hücumu nəticəsində 6 may 1945-ci ildə batırılıb. Norveçə gedən sualtının tapılması o zaman baş verənlərə aydınlıq gətirilməsi üçün yaxşı şans yaradıb.

Xəzər

Tarix: 20-04-2018, 08:54
Xəbəri paylaş





Xəbər lenti