Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırdı


Rusiya, Çin, İran və Şimali Koreya "qeyri-sabitlik qüvvələridirlər", bu ölkələrdə insan haqlarının pozulması qlobal təhlükə yaradır.

“Report” xəbər verir ki, ABŞ Dövlət Departamentinin dünyada insan haqları ilə bağlı vəziyyətə dair illik hesabatında belə deyilir.

"Çin, Rusiya, İran və Şimali Koreya hökumətləri, məsələn, gündəlik olaraq öz hüdudları daxilində insan haqlarını pozurlar və nəticədə qeyri-stabillik qüvvələrinə çevrilirlər", - deyə dövlət katibi vəzifələrinin icraçısı Con Sallivan bildirib.

Onun sözlərinə görə, bir sıra ölkələrin dövlət orqanları təhlükəsizliyi qoruyub saxlaya və vətəndaşların əsas ehtiyaclarını təmin edə bilmirlər, bəziləri isə bunu istəmirlər.

Tarix: 21-04-2018, 08:08
Xəbəri paylaş





Xəbər lenti